Meksikanın paytaxtı Mexikoda zəlzələ nəticəsində ölənlərin sayı 198 nəfərə çatıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Meksika FHN rəhbəri Luis Felipe Puente bildirib.
Onun sözlərinə görə, ümumilikdə ölkədə 337 nəfər təbii fəlakətin qurbanı olub. Zəlzələnəticəsində 400 nəfər müxtəlif dərəcəli xəsarət alıb, onlardan 40-ın vəziyyəti ağırdır.
Sentyabrın 19-da Meksikada 7,1 bal gücündə zəlzələ olub. Yeraltı təkanların episentri ölkənin cənubunda yerləşib. Zəlzələ nəticəsində paytaxt Mexikoda 50-yə yaxın yaşayış evi dağılıb, yüzlərlə ev və inzibati bina qəzalı vəziyyətə düşüb.
Gununsesi.info