Zəlzələ qurbanlarının sayı 300-ü ötüb

  • By admin
  • 30 Sentyabr 2017 09:00

meksika_earfquake_210917

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 345  nəfərə çatıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Meksika Mülki Müdafiə Xidmətinin rəhbəri Luis Felipe Puente bildirib.

Bundan əvvəl 225 nəfərin öldüyü bildirilirdi. Ölkənin təbii fəlakətdən zərər çəkmiş 38 şəhərində xilasedici əməliyyat davam etməkdədir.

Ən çox ölüm halı paytaxt Mexikoda qeydə alınıb. Burada azı 40 bina tamamilə dağılıb, yüzlərlə yaşayış evi qəzalı vəziyyətə düşüb. Xatırladaq ki, sentyabrın 19-da Meksikada 7,1 bal gücündə zəlzələolub. Yeraltı təkanların episentri ölkənin cənubunda yerləşib.

Gununsesi.info