İyulun 23-də Qəbələdə 3,7 bal gücündə zəlzələ baş verib.
Gununsesi.info-nun Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən məlumatına görə, zəlzələ yerli vaxtla saat 17:59-da Qəbələdən 46 kilometr şimal-qərbdə, rayonun ərazisində qeydə alınıb. Yeraltı təkanın ocağı 19 kilometr dərinlikdə yerləşib.
Gununsesi.info