Zəlzələ sonrası cənub bölgəsində vəziyyət necədir?

  • By Admin2
  • 08 Aprel 2026 14:34

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün yerli vaxtla saat 13:05-də Lənkəran şəhərindən 50 km şərqdə, Xəzər dənizi ərazisində 70 km dərinlikdə 5.3 maqnituda zəlzələ qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə FHN-nin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, zəlzələ ölkənin cənub rayonlarında 4-3 bal hiss olunub.

“Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb”, – məlumatda vurğulanıb.

Gununsesi.info