
“Hələ ilkin informasiyalardan görünür ki, Türkiyədə öldürücü zəlzələnin dağıdıcı gücü və miqyası böyükdür, bu gedişlə yekun məlumatlar daha dəhşətli mənzərə yaradacaq, bu dəhşətlərin mənəvi-psixoloji tərəflərini yaşamaq, iqtisadi zərər və sosial itkilərini aradan qaldırmaq tez bir zamanda mümkün olmayacaq”.
Bunu Gununsesi.info-ya açıqlamasında iqtisadçı ekspert Qubad İbadoğlu deyib.
Onun sözlərinə gör,Bə bundan əlavə zəlzələ dövlətin qeyri-kommersiya xarakterli, sosial xərcləmələrini və son nəticədə büdcə kəsirini artıracaq:
Həmçinin, türk lirəsinin məzənnəsinin dəyərsizləşməsinə və istehlak bazarında qiymətlərin bahalaşmasına gətirib çıxaracaq. Sosial və siyasi gərginliyi artıracaq, bütün bunlar qarşıdakı prezident seçkilərində iqtidarın nüfuzuna da təsirsiz ötüşməyəcək”.
Afət Abbasova
Gununsesi.info