Zəlzələ zamanı dağıntı və xəsarət qeydə alınıbmı? – RƏSMİ

  • By admin
  • 20 Noyabr 2021 20:31

Məlum olduğu kimi, bu gün yerli vaxtla saat 16:46-da Şamaxı ərazisində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar bir sıra rayonlarda, habelə paytaxt Bakı şəhərində hiss edilib.

Daxili İşlər Nazirliyindən (DİN) Gununsesi.info -ya  bildirilib ki, təbii hadisə itkisiz ötüşüb.

“Zəlzələnin qeydə alındığı və hiss edildiyi ərazilərdə xoşbəxtlikdən dağıntı, insan tələfatı və xəsarətlə nəticələnən hadisə qeydə alınmayıb”, – DİN-dən bildirilib.

Gununsesi.info