Zəlzələdə ölən 1297 nəfərin kimliyi məlum deyil…

Türkiyədə zəlzələlərdə həyatını itirən 1297 nəfərin şəxsiyyəti müəyyən edilməyib.

 Gununsesi.info xəbər verir ki, bununla bağlı Türkiyə Baş Polis İdarəsi məlumat yayıb.

Məlumatda 72-si uşaq olmaqla xəstəxana və çadırlarda müalicə alan 74 nəfərin şəxsiyyətinin müəyyən olunması istiqamətində işlərin davam etdirildiyi bildirilib.

Türkiyə Baş Polis İdarəsi Asayiş Şöbəsinin müdiri Vedat Mercan qeyd edib ki, həyatını itirən 3755 vətəndaşın şəxsiyyəti barmaq izi, 275 vətəndaşın isə fotoşəkillə müəyyən edilib: “Hazırda DNT nümunələri, mümkünsə barmaq izi nümunələri götürdüyümüz və məzarlarını bildiyimiz, lakin şəxsiyyətini təyin edə bilmədiyimiz 1297 vətəndaşımız var. İşlər hələ də davam edir”.

 

Gununsesi.info