PKK yandaşları zəlzələdən zərərçəkənlərə göndərilən yardımlara hücum çəkdi/ VİDEO

  • By arzu
  • 14 Fevral 2023 16:54

Türkiyədə yaşanan dəhşətli zəlzələlərdən sonra dünya ölkələri zərərçəkənlərə dəstək olmaq üçün yardımlar göndərir.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Almaniyada zərərçəkənlərə göndərilən yardımlara gecə yarısı hücum edilib. Türkiyə bayrağını yandıran PKK/YPG Terror Təşkilatı yandaşları bu addımları ilə insanların qəzəbinə səbəb olub.

HTML tutorial

Olay Almaniyanın Şimali Ren Vestfaliya bölgəsinə aid Marl şəhərinin Lenkerbek səmrində yaşanıb.
Zərərçəkənlərə göndərilən yardımlara hücum edən terror dəstəkçiləri məhsulları və materialları qundaqlayıb.

Gecə basqını zamanı yanğın çıxıb. Böyük yanğın 2 saat sonra yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hücumçular bunlarla kifayətlənməyib, Türkiyə bayrağını yandırıblar.

Olay zamanı yardımların toplandığı super marketə ziyan dəyib.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info