
Əsrin fəlakətinin altıncı günündə Türkiyədən daha iki sevindirici xəbər gəldi.
Belə ki, dəhşətli zəlzələdən ən çox zərərçəkən bölgələrdən biri olan Qaziantepdə 4 yaşlı Şengül və atası Sezai Karabacak xilas ediliblər. Onlar dağıntılar altında 136 saat qalıblar.
Gununsesi.info xəbər verir ki, zərərçəkənlər təcili yardım maşını ilə xəstəxanaya aparılıblar.