
Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Gununsəsi.info xəbər verir ki, avtoqəza Yasamal rayonu Şərifzadə küçəsində qeydə alınıb.
Belə ki, adıçəkilən küçə ilə hərəkətdə olan “BMW” markalı avtomobilin sürücüsü Zeynal Məmmədov işıqforun qırmızı işığında dayanan İsmayıl İsmayılova məxsus “Hundai” markalı avtomobilə arxadan çırpılıb. Qəza bununla da bitməyib. Zərbənin təsiri nəticəsində “Hundai” qarşıda dayanan Cavid Əliyevin idarə etdiyi 39 saylı marşrut avtobusuna zərər yetirib.Hadisəyə səbəb BMW markalı avtomobilin sürücüsü Məmmədov Zeynalın idarəetməni itirməsi olub.
Hadisə zamanı avtomobillər yararsız hala düşsə də , xəsarət alan olmayıb.
Baş vermiş hadisı ilə bağlı araşdırma aparılır.
Gununsesi.info