Zəngəzur dəhlizinin açılacağı tarix MƏTBUATA SIZDIRILDI

  • By admin
  • 22 İyul 2021 23:05

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan 2021-ci ilin dekabrın ortalarına qədər regional nəqliyyat və iqtisadi əlaqələrin açılması ilə bağlı razılaşmanı imzalayacaq.

 

HTML tutorial

Gununsesi.info  xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

 

Qeyd olunub ki, razılaşma Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətini təmin edəcək. Nəqliyyat dəhlizinin Ermənistan ərazisindən keçən hissəsinə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti həyata keçirəcək.

 

Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizinin açılışını faktiki olaraq rəsmiləşdirən müqavilənin mətni Ermənistan mətbuatına sızdırılıb.

 

Gununsesi.info