Zəngəzur dəhlizinin Türkiyə hissəsi ilə bağlı işlərə başlanacaq

  • By Günel
  • 15 Mart 2025 22:53

Zəngəzur dəhlizinin Türkiyədən keçən 224 kilometrlik hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlayacaq.

Gununsesi.info “Report” a istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu İstanbul Texniki Universitetində çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan da Zəngəzur dəhlizi ilə bağlı işləri davam etdirir.

Nazir, həmçinin Orta dəhliz barədə danışıb: “Orta dəhlizin əsas keçid nöqtəsi Türkiyədir. Bu dəhlizdə tarixən bir çox iş görülüb, layihələr icra edilib. Biz indi bu dəhlizi daha da gücləndirmək istəyirik”.

Gununsesi.info