Zəngəzurda atışma – 1 erməni hərbçi öldü

  • By admin
  • 05 May 2021 16:28

Ermənistan ordusunun hərbçisi ölüb.

Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisə mayın 4-ü Zəngəzurda yerləşən hərbi hissələrdən birində baş verib.

Hərbi qulluqçular arasında yaranmış mübahisə zamanı açılan atəş nəticəsində əsgər Artyom Ovikoviç Melkonyan (2002-ci il) ölüb. Faktla bağlı araşdırma başlayıb.