Zəngəzurdakı bu zavoda 10 milyon dollar ayrılır

Zəngəzur Mis və Molibden Zavodunun daxili biznes proseslərini rəqəmsallaşdırmaq üçün 10 milyon dollar ayıracağıq.

Gununsesi.info xəbər verir ki, bunu Avrasiya İnkişaf Bankının İdarə Heyətinin sədr müavini Tiqran Sərkisyan Moskva-Minsk-Astana-Bişkek-İrəvan-Daşkənd videokonfransında deyib.

O, bildirib ki, bankın Direktorlar Şurası müvafiq krediti təsdiqləyib:

“Vəsaitlər istehsalın idarə edilməsinin səmərəliliyini artırmağa kömək edəcək”.

 

Gununsesi.info