Zəngəzurdakı ermənilər “Öncə vətən” şüarından həyəcanlandılar

Qubadlı rayonunun Şurnuxu kəndi ərazisində yerləşən Azərbaycan Ordusunun mövqeləri yaxınlığındakı təpəyə “Öncə vətən” şüarının yazılması qarşı tərəfdəki erməniləri həyəcanlandırıb.

Gununsesi.info xəbər verir ki, Ermənistanın keçmiş ombudsmanı Arman Tatoyan bununla bağlı hay-həşir salıb. “Öncə vətən” kəlməsinin millətçi şüar olduğunu iddia edən Tatoyan Azərbaycan mövqelərilə üzbəüz ərazidə yaşayan ermənilərin bundan narahat olduğunu vurğulayıb.

HTML tutorial

O, təpəyə yazılan şüarı həm də psixoloji təzyiq hesab edib.

A.Tatoyan Azərbaycan Ordusunun mövqeyini və “Öncə vətən” şüarının şəkillərini çəkərək sosial şəbəkədə tirajlayıb.

Şurnuxu yarısı Azərbaycan Respublikasının Qubadlı rayonunda, digər yarısı isə Ermənistan Respublikasının Sünik vilayətində olan kənddir. 4 yanvar 2021-ci ildə Şurnuxu kəndinin Azərbaycan sərhədlərinə düşən hissəsində (12 evlik ərazidə) Azərbaycan bayrağı sancılıb və həmin hissə Qubadlı rayonunun tərkibinə daxil edilib.

Gununsesi.info