Zərərçəkəndən sensasion iddia: ” Mövlam Şıxəliyevdə Eldar Mahmudovda olan…” - VİDEO

10 aydır ki, Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub – E.M.) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Gununsesi.info-nun xəbərinə görə, artıq dövlət ittihamçısı Mövlam Şıxəliyevin 14 il, Vüsal Ələkbərovun 11 il, Yasin Məmmədovun 12, Sahib Ələkbərovun isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

HTML tutorial

Sona çatmaq üzrə olan prosesdə zərərçəkənlərin çıxış mərhələsidir. Sonuncu məhkəmə prosesinə Mövlam Şıxəliyev və Sahib Ələkbərovun əməllərindən zərər çəkdiyini iddia edən qadın gəlib. Məhkəmə binası önündə həbsdə olan Mövlam Şıxəliyevin və Sahib Ələkbərovun ünvanına kəskin ifadələr işlədən qadın özünün də iş üzrə zərərçəkən kimi tanınmasını tələb edib. Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov onu sakitləşdirərək Baş Prokurorluğa müraciət etməsini məsləhət bilib.

İş üzrə zərərçəkənlərdən bir neçəsinin vəkili olan Osman Kazımov isə Mövlam Şıxəliyev və onunla birgə mühakimə olunan şəxslərə verilmiş ittihamın natamam olduğunu açıqlayıb. Vəkil bildirib ki, təqsirləndirilən şəxslərin əməlləri Cinayət Məcəlləsinin 182-ci maddəsinin 3-cü hissəsini (mütəşəkkil dəstə tərkibində hədə-qorxu ilə külli miqdarda tələb etmə) əhatə etdiyi halda, onlara rüşvət alma maddəsi ilə ittiham verilib. Özlərinə də tapşırılıb ki, səslərini çıxarmasınlar, mütəşəkkil cinayətkar quldur dəstənin rəhbərlərinin adının çəkilməməsi müqabilində onları xilas edəcəklər.

Zərərçəkən Hüseyn Səfərov isə deyib ki, ona etibarlı mənbədən Mövlam Şıxəliyevə köməklik olunacağı ilə bağlı məlumatlar verilib. Hüseyn Səfərov iddia edib ki, Eldar Mahmudovda olan seks kasetlərdən Mövlam Şıxəliyevdə də var və o, həmin kasetlərlə şantaja keçib.

İş üzrə proses sentyabrın 6-da davam etdiriləcək.

Gununsesi.info