Zərdabda 3 otaqlı ev yandı

  • By admin
  • 07 Noyabr 2017 17:50
Zərdabda yanğın baş verib.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonda ümumi sahəsi 265 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 60 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Gununsesi.info