Rayon prokurorluğundan verilən məlumata görə, Dəkkəoba bələdiyyəsinin sədri Elxan Məmmədovun 2017-2022-ci illərdə qanunsuz hərəkətlərə yol verməsinə dair toplanmış material üzrə cinayət işi başlanıb. İstintaqın gedişində Elxan Məmmədovun vəzifə səlahiyyətlərini aşmaqla bələdiyyə əmlakını mənimsəməsi və vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə Elxan Məmmədova Cinayət Məcəlləsinin 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 313-cü (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib. İstintaq davam etdirilir.
Gununsesi.info