Zərdabda bir ailə qəzaya düşdü: 1 ölü, 4 yaralı

Zərdab rayonunda bir ailənin beş üzvü qəzaya düşüb, qadın ölüb.

Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

HTML tutorial

Bildirilib ki, yanvarın 2-i saat 13 radələrində rayonun Şıxbağı kəndi ərazisində Bakı şəhər sakini E.Qasımov idarə etdiyi “VAZ-21015” markalı avtomobili yolun kənarındakı beton maneəyə vurub. Nəticədə, sərnişini olan həyat yoldaşı Nazilə xəstəxanaya aparılarkən yolda ölüb, özü və digər sərnişinləri – gəlini və 3 nəvəsi xəstəxanaya yerləşdiriliblər.

Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.info