Zərdabda ödəmə terminalından oğurluq etmək istəyən şəxs saxlanılıb

  • By Günel
  • 04 Noyabr 2024 08:39

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oktyabrın 27-də gecə saatlarında rayon ərazisində yerləşən obyektlərin birində quraşdırılan ödəmə terminalından oğurluğa cəhd göstərən Nicat Gülmalıyev müəyyən edilərək saxlanılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.

Gununsesi.info