Saxta “Prezident Aparatı İşçisi” dələduzluq üstündə tutuldu - FOTOLAR (ÖZƏL)

  • By admin
  • 03 İyun 2016 12:09

 

Deleduz

HTML tutorial

 

Zərdab rayonunda özünü Azərbaycan Respublikası Prezident Aparatının Xüsusi şöbəsinin işçisi kimi təqdim etməklə insanları aldadan şəxs saxlanılıb. Gununsesi.info xəbər verir ki, cinayəti törədən 01 aprel 1960-cı il təvəllüdlü Tərtər rayonu, Qaradağlı kəndində anadan olan, Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində, kirayədə yaşayan, əvvəllər dəfələrlə dələduzluq cinayətinə görə məhkum olunan, Müslüm Mustafayev özgə əmlakını aldatma və ya etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək qərarına gəlib.

Bu məqsədlə adının Musa olmasını deyərək, özünü Azərbaycan Respublikası Prezident Aparatının Xüsusi şöbəsinin işçisi kimi təqdim etməklə Zərdab rayonun Alıcanlı kənd sakinlərinin işlərini düzəldəcəyini vəd edib aldadaraq pullarını dələduzluq yolu ilə ələ keçirib.

Belə ki, kənd sakini Arif Əsgərovun Bakı Texniki Universitetdə oxuyan oğlunun imtahan kəsirlərini düzəldəcəyini vəd verib aldadaraq, ondan 1000 manat məbləğində pulunu, Niyazi Abbasovu Daxili Qoşunların Xüsusi Təyinatlı Bölməsində işə düzəldəcəyini vəd edib 500 manat məbləğində pulunu, Aqil Nəcəfovu ona Sosial yardım düzəldəcəyini vəd edib 200 manat pul məbləğində pulunu və Mahir Əsgərova onun oğlunu Daxili Qoşunların Xüsusi Təyinatlı Bölməsində işə düzəldəcəyini vəd edib bundan da 500 manat məbləğində pulunu almaqla dələduzluq edib.

Qeyd edək ki, törətdiyi əməlin etibarlı olması üçün aldatdığı şəxslərə öz şəxsiyyət vəsiqəsini zamin üçün verib. Bununlada zərərçəkənlər bu yolla ona inanıblar. Bu hərəkətləri ilə  Mustafayev Müslüm Kəniş oğlu Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədib.

 

Deleduz 1

 

Deleduz 22

 

Deleduz 44

 

Deleduz 2