Zərifi də gəlir

  • By admin
  • 02 Avqust 2016 15:36

zarifi

 

İranın xarici işlər naziri Mühəmməd Cavad Zərifi Azərbaycana səfər edəcək.

Bu barədə məlumat Gununsesi.info-ya İranın Azərbaycandakı səfirliyindən verilib. Səfər gələn həftənin əvvəlində reallaşacaq. M.C. Zərifi İran prezidenti Həsən Ruhanini Azərbaycan səfəri zamanı müşaiyət edəcək. İranlı nazir Azərbaycana səfər çərçivəsində azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub. Bu görüşdə iki ölkə arasında əlaqələrin gələcək perspektivləri, regional və beynəlxalq arenada əməkdaşlıq, Qarabağ münaqişəsinin həlli yolları, bölgədə təhlükəsizlik sahəsində əməkdaşlıq, viz rejiminin sadələşdirilməsi və digrə maraq doğuran məsələlər müzakirə olunacaq.

Gununsesi.info