Zərkənd və Yuxarı Şorca kəndləri istiqamətində ATIŞMA GEDİR

Ermənistan Bakı vaxtı ilə saat 10:00-da Rusiyanın vasitəçiliyi ilə əldə olunan atəşkəs razılaşmasını pozub.

Gununsesi.info xəbər verir ki, düşmən tərəfi Basarkeçər rayonunun Zərkənd və Yuxarı Şorca kəndləri istiqamətindəki mövqelərindən ordumuzun Kəlbəcərdə yerləşən mövqelərini atəşə tutub.

HTML tutorial

Düşmən müxtəlif kalibrli silhalardan, o cümlədən minomyot və tanklardan mövqelərimizi atəş altında saxlayır. Ordumuz hazırda cavab tədbirləri görür.

Bu saata qədər Azərbaycan tərəfində 2 yaralı, Ermənistan tərəfdə isə 3 ölü, 2 yaralı var.