Zəfər Günü əfv olacaq?

  • By admin
  • 25 Oktyabr 2022 12:11

“Zəfər Günü ilə əlaqədar əfvin olması haqda bizdə hələ ki, heç bir məlumat yoxdur. Amma gözləyirik ki, əfv olsun”.

Bunu Publika.az-a açıqlamasında İşçi qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

“Hər il əfv sərəncamları imzalanır. Bu il də olacağını güman edirik. Tanınmış məhbusların siyahıda olub-olmayacağına gəlincə, hər il bu siyahını biz yeniləyib komissiyaya təqdim edirik. Həmin siyahıda onlar da yer alır”, – N.Cəfəroğlu qeyd edib.

Xatırladaq ki, sonuncu dəfə Əfv sərəncamı bu ilin mayın 27-də imzalanıb.

Gununsesi.info