Zəfər xəbəri ilə açılan xoş müjdəli sabah - FOTOLAR

  • By admin
  • 10 Noyabr 2020 09:12

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu gecə xalqa müraciət edərək, şanlı qələbəmizin – Ermənistanın təslim olmasının müjdəsini verdi.

Beləliklə, 30 il davam edən işğala son qoyuldu. Müraciətdən sonra insanlar bu tarixi zəfərin sevincini paylaşmaq üçün paytaxt küçələrinə axışdılar.

Ümumxalq şənliyi hazırda da böyük coşqu ilə davam etməkdədir. Əllərində ay-ulduzlu bayraqlar dalğalandıran, Müzəffər Ali Baş Komandanımızın portretlərini tutan yüz minlərlə Bakı sakini Rəşadətli Ordumuza, Qalib Əsgərimizə minnətdarlıqlarını ifadə edirlər.

Gununsesi.info paytaxtımızın küçə və prospektlərində lentə alınmış fotoları təqdim edir:

Gununsesi.info