“Zəfərin enerjisi” filmi təqdim edildi - VİDEO

  • By admin
  • 08 Noyabr 2022 13:02

44 günlük Vətən Müharibəsindən sonra işğaldan azad edilən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsi, bu proses zamanı mina təhlükəsi, soyuq, qar, şaxta, sıldırımlı dağlar, yolsuzluq, şəraitsizlik, sıx meşəlik və çətin relyef olmasına baxmayaraq görülən işlərlə bağlı “AzərEnerji” ASC-nin ictimaiyyətlə əlaqələr mərkəzi tərəfindən “Zəfərin enerjisi” adlı film hazırlanıb.

“AzərEnerji”dən verilən məlumata görə, filmdə ümumilikdə 22 enerji obyekti üzrə 4 su elektrik stansiyası, 9 rəqəmsal yarımstansiya və 1 Regional Rəqəmsal İdarəetmə Mərkəzinin tikilrək Prezident İlham Əliyevin iştirakıyla istismara verilməsindən bəhs edilib. Ekran əsərində bildirilib ki, 5 yerdə kiçik su elektrik stansiyası və 3 yerdə yarımstansiyanın tikintisi davam etdirilir.

Filmdə qeyd edilib ki. 30 illik həsrətdən sonra işğaldan azad edilən bütün rayonlarda bu gün artıq Azərbaycan işığı yanır.

Gununsesi.info