Zəhra və nənəsinin ölümünə səbəb olan mərmi muzeyə verildi - FOTOLAR

  • Müəllif: admin
  • 05 Sentyabr 2017 17:54
59aea37b0eee1_560300
Erməni silahlı qüvvələri tərəfindən dəzgahlı qumbaratanlardan atılmış, 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyevanın ölümünə səbəb olmuş mərmi parçası Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edilib.
Gununsesi.info reporrt-a istinadən xəbər verir ki, mərmini Muzeyə Füzuli rayon sakini, Bakı Dövlət Universitetinin müəllimi, tədqiqatçı tarixçi, Qarabağ Ekspert Şurasının üzvü Nazim Tapdıqoğlu (Vəlişov) təqdim edib.
Nənə və nəvənin həyatına son qoyan mərmi parçası Muzeyin guşəsində Azərbaycan tarixinin qanlı səhifələrinin sübutu olaraq nümayiş etdiriləcək.
Xatırladaq ki, 4 iyul 2017-ci il tarixində Füzuli rayonunun Alıxanlı kəndi erməni silahlı qüvvələri tərəfindən minaaatanlardan və dəzgahlı qumbaratanlardan atəşə tutulub. Mənfur düşmənin növbəti dəfə atəşkəsi pozması nəticəsində Alıxanlı kənd sakinləri – 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyeva həlak olub.
Gununsesi.info