“Zəif insanam, adam döyə bilərəm?” - ƏMƏKDAR ARTİST

  • By admin
  • 15 İyun 2017 23:19

123502_mmomqtxacd

ARB TV-nin “Gəlin danışaq” verilişinə qonaq olan “Natiq” ritm qrupunun rəhbəri, əməkdar artist Natiq Şirinov maraqlı açıqlamalar verib.

Gununsesi.info-nun məlumatına görə, o, xarakterindən və işdə ciddi olmasından danışıb:

“Tələbələrimlə həddindən artıq ciddiyəm. Onları sevirəm. Mən zarafat edəndə mənim zarafatımın qarşısında kimsə dayana bilməz. Əyləncəni də sevirəm. Deyib-gülürük, əylənirik. Uşağı öyrədirəmsə, sığallaya-sığallaya öyrədə bilmərəm axı. Hərdən deyirlər ki, adam döyür. Yox, elə şey yoxdur. Dedim, mənim özümü döyən lazımdır, mən adam döyə bilirəm?! Mən zəif insanam. Əlimdə bir dənə nağaram var, onunla da çalışıram ki, xalqa xidmət edim. Amma ciddi biriyəm. Mənim səbrim böyükdür, illərlə gözləyirəm, gördüm alınmır, deyirəm, get. Hər şeyi Allaha buraxmışam”.

Gununsesi.info