Zəlzələ bölgəsindən təxliyə davam edir

  • By admin
  • 12 Fevral 2023 13:49

Türkiyədən Azərbaycan vətəndaşlarının təxliyəsi davam edir.

Azərbaycanın Ankaradakı səfirliyindən verilən məlumata görə, vətəndaşlarımızı ölkəyə gətirəcək növbəti təxliyə avtobusu bu gün yola düşəcək.

“Təxliyə işləri davam etdirilir. Hansı ərazidən insanların təxliyə olunması hələ tam dəqiq deyil. Daha çox müraciətin olduğu ərazidən təxliyənin həyata keçirilməsi nəzərdən keçirilir. Ətraflı məlumatı növbəti saatlarda qeyd edəcəyik”, – səfirlikdən bildirilib.

Qeyd edək ki, bu günə qədər 438 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən təxliyə olunub. Onlardan 58-i azyaşlı, 209 nəfər isə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrdir.

Gununsesi.info