Zəlzələ bu ölkələrdə də hiss olunub

  • By admin
  • 06 Fevral 2023 09:35

Türkiyə və Suriyada böyük dağıntılar və insan tələfatına səbəb olan zəlzələ digər ölkələrdə də hiss olunub.

Modern.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, zəlzələ bütün region ölkələrində təsir edib.

Belə ki, Gürcüstan, İraq, Livan, İsrail, Fələstin, İordaniya, Səudiyyə Ərəbistanı və Misirdə də yeraltı təkan hiss edilib. Lakin bu ölkələrdə təbiət hadisəsi dağıntı və insan tələfatına yol açmayıb.

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. İlkin məlumata görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.

Gununsesi.info