“Zəlzələ gündüz olsaydı, indi dənizdən cəsəd toplayırdıq” – Qorxunc iddia

  • By admin
  • 21 İyul 2017 20:50

31112jpg
Bu gecə Türkiyədə Ege bölgəsində 6,6 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, təbii fəlakət Türkiyədə daha çox Bodrumda hiss olunub. Bəzi yerlərdə dağıntılar olsa da, ölüm faktı qeydə alınmayıb.

Yunanıstanda isə Kos adasında dağaıntılar daha böyük olub və 2 nəfər ölüb.

Zəlzələ üzrə mütəxəssis Övgün Əhməd bildirib ki, zəlzələ əgər gündüz vaxtı olsaydı, ölüm faktı çox olardı:

“Şansımız var imiş. Yaxşı ki, gündüz baş verməyib. Yoxsa indi gəmilərlə dənizdən cəsəd toplayardıq”.

Gununsesi.info