Zəlzələdə dağılan daha bir binanın podratçısı həbs edildi

  • By admin
  • 13 Fevral 2023 20:34

Türkiyənin Hatay şəhərində zəlzələdən dağılan “Tower” binasının podratçısı Cihan İnşaatın sahibi Ömər Cihan həbs edilib.

Gununsesi.info Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ömər Cihan Manavgat Titreyengöldə zəlzələ qurbanlarının qaldığı oteldə saxlanılıb.

Gecəni jandarmada keçirən Cihan, proseslər tamamlandıqdan sonra Manavgat Ədliyyəsinə aparılıb.

O, daha sonra həbs edilərək həbsxanaya göndərilib.

Gununsesi.info