Zəlzələdə dağılan şəhərlərin peyk görüntüləri yayıldı -FOTO

ABŞ-da fəaliyyət göstərən “Maxar” və “Planet” kosmik texnologiya şirkətləri Türkiyənin 10 bölgəsində dağıntılara səbəb olan zəlzələlərdən sonra dəyişikliyi əks etdirən peyk görüntülərini yayıblar.

Gununsesi.info xəbər verir ki, zəlzələdən zərər çəkmiş bölgələrdə havanın buludlu olması səbəbindən peyk fotoşəkilləri əldə etməkdə çətinlik çəkdiklərini bildirən şirkətlər, tez bir müddətdə yeni görüntüləri də paylaşacaqlarını açıqlayıblar.

Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı durmadan artır. AFAD-ın məlumatına görə, ölənlərin sayı 7108 nəfərə yüksəlib, yaralıların sayı isə 40 910 nəfərə çatıb.

Qaziantepin Nurdağı və İslahiye rayonları, Osmaniye və Kahramanmaraş mərkəzinin zəlzələdən əvvəl və sonrakı vəziyyətini təqdim edirik:

Nurdağı 6 sentyabr 2022

Nurdağı 7 fevral 2023-cü il

İslahiye 4 oktyabr 2022-ci il

İslahiye 7 fevral 2023-cü il

Nurdağı 6 sentyabr 2019-cu il

Nurdağı 7 fevral 2023-cü il

Osmaniye

Kahramanmaraş mərkəzi


Gununsesi.info