Türkiyədə ölü sayı 18 mini keçdi -YENİLƏNDİ

Türkiyədə dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 12 mini ötüb.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) yayıb.

Məlumata görə, həlak olanların sayı 12 391 nəfərə çatıb. Yaralıların sayı isə 62 914 nəfərə yüksəlib.

***

Zəlzələdə ölənlərin sayı 12 873, yaralıların sayı isə 62 937 nəfərə çatıb.

***

Zəlzələ bölgəsinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, həlak olanların sayı 14 014 nəfərə çatıb. Yaralıların sayı isə 63 794 nəfərə yüksəlib.

***

Türkiyədə həlak olanların sayı 14 351 nəfərə yüksəlib.

***

Ərdoğan həlak olan və yaralılarla bağlı yeni sayı açıqlayıb.

Onun sözlərinə görə, həlak olanların sayı 16 170, yaralıların sayı isə 64 194 nəfərə çatıb.

***

Türkiyə Prezidenti həlak olan və yaralılarla bağlı yeni sayı açıqlayıb.

Onun sözlərinə görə, həlak olanların sayı 16 546, yaralıların sayı isə 66 132 nəfərə çatıb.

***

Türkiyədə zəlzələdə ölənlərin sayı 18 342 nəfərə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət zamanı 74 242 nəfər yaralanıb.

Gununsesi.info