Zəlzələnin 10-cu günü möcüzə… -VİDEO

Türkiyənin Kahramanmaraş şəhərində dağıdıcı zəlzələnin 10-cu günü 42 yaşlı qadın xilas edilib.

Gununsesi.info xəbər verir ki, yeraltı təkanlardan 222 saaat sonra Melike İmamoğlu dağıntılar altından sağ çıxarılıb. Qadının sağ olması qənaətinə gələn xilasedicilər xüsusi vasitələrlə tunel açaraq onu dağıntılar altından çıxarmağı bacarıblar. Şüuru açıq olan qadın dərhal xəstəxanaya aparılıb. Onun səhhətinin hansı vəziyyətdə olması ətraflı müayinədən sonra məlum olacaq.

Qeyd edək ki, M.İmamoğlu zəlzələdən sonra rekord müddətə sağ xilas edilən şəxsdir. Dağıntılar altında axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Gununsesi.info