Zəlzələnin 6-cı günündə ata və qızı dağıntılar altından xilas edildilər

  • By admin
  • 11 Fevral 2023 18:31

Əsrin fəlakətinin altıncı günündə Türkiyədən daha iki sevindirici xəbər gəldi.

Belə ki, dəhşətli zəlzələdən ən çox zərərçəkən bölgələrdən biri olan Qaziantepdə 4 yaşlı Şengül və atası Sezai Karabacak xilas ediliblər. Onlar dağıntılar altında 136 saat qalıblar.

Gununsesi.info xəbər verir ki, zərərçəkənlər təcili yardım maşını ilə xəstəxanaya aparılıblar.