Zəlzələnin ardından İsgəndərun limanında yanğın başladı / VİDEO

  • By admin
  • 07 Fevral 2023 19:05

Türkiyədə dəhşətli zəlzələnin dağıntıları aradan qaldırılmağa çalışılarkən, yeni bir üzücü olay baş verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin Hatay şəhərinin İskəndərun dəniz limanında dəhşətli yanğın başlayıb.

Yanğın zamanı alov ətrafı bürüyüb, dumanlar səbəbindən şəhərdə narahatlıq var.

İlkin ehtimala görə, limandakı konteynerin aşmasından sonra tüstü və alov buludu şəhəri bürüyüb. Yanğın gecə boyunca davam edib. Yayılaraq böyüyən yanğından yüksələn dumanlar şəhərin bir çox yeriində görülüb.

Yanğınsöndürənlər alovları nəzarət altına almaq üçün əməliyyata başlayıblar.

 

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info