Zəlzələnin dəhşətsaçan ilk anları yanğınsöndürənlərin ratsiyasında: Yeni görüntülər yayıldı - VİDEO

  • By admin
  • 07 Mart 2023 09:29

Türkiyənin Malatya şəhərində baş verən dəhşətli zəlzələnin ilk anları yanğınsöndürmə maşınının ratsiyasına əks olunub.

Fevralın 6-da Kahramanmaraşın Pazarcık bölgəsində 7,7 bal gücündə zəlzələ zamanı Battalqazi və Yeşilyurt rayonlarında binaların dağılması Malatya Böyükşəhər Bələdiyyəsi yanğınsöndürənlərinin ratsiya ilə danışıqlarında əksini tapıb.

Zəlzələ zamanı iş başında olan yanğınsöndürmə qruplarının şəhərdəki dağıntılar barədə yanğınsöndürmə mərkəzinə verdiyi məlumatların videogörüntüləri paylaşılıb.

Gununsesi.info bildirir ki, videolarda  axtarış-xilasetmə və sağlamlıq qruplarının dağıntı bölgələrinə göndərilməsi üçün göstərilən səylər və ətrafdakı vətəndaşların yaşadığı təşviş anları da yer alıb.

Gununsesi.info