Zəncirvari qəzada 1 nəfər xəsarət alıb

  • By admin
  • 13 Oktyabr 2016 14:35

qeza

Xəzər rayonunda zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı bir nəfər xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, 3 avtomobilin toqquşması ilə nəticələnən qəza Buzovna qəsəbəsi ərazisində qeydə alınıb. Şəhər istiqamətində İdarə etdiyi Hundai markalı avtomobillə yüsək sürətlə hərəkətdə olan 24 yaşlı Orxan Məmmədov idarə etməni itirib. Nəticə Hundai iki Tayota markalı avtomobilə çırpılıb. Qəza zamanı Orxan Məmmədov xəsarətlər alıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib. Orxan Məmmədovun vəziyyətini həkimlər orta ağır kimi qiymətləndirib. Digər avtomobillərdə olanlar xəsarət almayıblar. Hadisə nəticəsində Hundai deformasiyaya uğrayıb. Qəza baş verən ərazidə olan polis əməkdaşları müayinələr aparıb müvafiq ekspertizalar təyin ediblər.

Faktla əlaqədar araşdırmalar aparılır.

Gununsesi.info