Zəncirvari qəzada 27 avtomobil toqquşdu - 13 YARALI

  • By admin
  • 11 Fevral 2018 22:08

Cənubi Koreyanın Vondju şəhərinin yaxınlığında turist avtobusu və 26 minik avtomobili toqquşub.

Gununsesi.info xəbər verir ki, avtomobillərin toqquşması nəticəsində azı 13 nəfər xəsarət alıb. Hadisə yerli vaxtla saat 18:00-da baş verib.

Xəsarət alanlar xəstəxanalara yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.

Qəzaya hava şəraitinin pis olmasının səbəb olduğu bildirilir.

Gununsesi.info