Zəngəzur dəhlizi barədə beynəlxalq məhkəmələrə müraciət etməliyik -VƏKİL

  • By admin
  • 30 Dekabr 2022 17:59

 

Xəbər verdiyimiz kimi, Avropa İnsan Məhkəməsi Ermənistanın Laçın dəhlizi ilə bağlı müraciətinə əsasən Azərbaycan hökuməti üzərinə öhdəlik qoyub.

Qeyd edək ki, məhkəmə son günlər yaranmış vəziyyətə görə Ermənistanın müraciətinə əsasən ilkin tədbirlərin tətbiqi barədə tələbi  qismən təmin edib.

Laçın dəhlizi ilə bağlı Ermənistan davamlı olaraq beynəlxalq məhkəmələrə müraciət edir.

Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətlər hazırlayan tanınmış vəkil Əsabəli Mustafayev Gununsesi.info-ya bildirib ki, anoloji müraciətləri də Azərbaycan etməlidir:

“Onların müraciətlərində Qarabağda yaşayan ermənilərin güya bir neçə gündür ərzaq,tibbi və digər xidmətlərlə təminatında yaranmış problemlər qoyulur. Avropa Məhkəməsi Ermənistanın ilkin tədbirlərin tətbiqi barədə tələbini qismən təmin etdi. Bundan ruhlanan Ermənistan digər beynəlxalq məhkəmələrə müraciət edib. Biz nə üçün Zəngəzur dəhlizi barədə beynəlxalq məhkəmələrə müraciət etmirik? Qarabağdakı ermənilərin bir neçə gündür şişirdilmiş çətinlikləri ilə Naxçıvan əhalisi onillərdir yaşayır.

Bu dövlətlər arası mübahisə olmasaydı fərdi qaydada şikayət edərdik. Təəssüf ki,buna hüquqi imkan yoxdur. Cəlb olunsaq mən və həmkarlarım bu işə töhfə verməyə hazırıq.Vaxt isə əleyhimizə işləyir”.

Mətləb

Gununsesi.info