“Zəngəzur dəhlizi ilə bağlı proses bu qədər uzanmamalıdır”

“5 il 8 ay əvvəl Paşinyan öz imzası ilə həmin Tripp adlandırılan, Zəngəzur dəhlizi kimi tanınan Naxçıvana maneəsiz ikitərəfli yolun açılmasına razılıq verib. Buna baxmayaraq, artıq 6 ilə yaxındır ki, müxtəlif bəyanatlar eşidilir, lakin konkret nəticə yoxdur”.

Bu fikirləri Gununsesi.info -ya açıqlamasında hərbi ekspert Ədalət verdiyev deyib:

“Proses bu qədər uzanmamalıdır və 30 il gözləmək mümkün deyil. 40 kilometrlik yolun qısa müddətdə tamamlanması mümkün olsa da, bu istiqamətdə real irəliləyiş müşahidə olunmur.

Bəzi fikirlərə görə, əgər tərəflər bu layihəni icra edə bilmirsə, prosesi ləngitməməli və maneə yaratmamalıdırlar. Həmin yolun müxtəlif adlarla – Tripp marşrutu və ya “Turan dəhlizi” kimi – türk dünyasını birləşdirəcək mühüm nəqliyyat xətti kimi dəyərləndirildiyi bildirilir.

Qeyd olunur ki, Paşinyan bu prosesi ləngidə bilər, lakin onun tam qarşısını almaq imkanında deyil. Bu dəhlizin Çin, ABŞ və Avropa tərəfindən də dəstəkləndiyi iddia edilir. Əks mövqedə dayanan əsas tərəfin İran olduğu qeyd olunur.

Bununla yanaşı, hazırda bu istiqamətdə konkret irəliləyiş barədə aydın məlumatların az olduğu bildirilir və prosesin daha da uzanmamasının vacibliyi vurğulanır”.

 

 

Şəbnəm 

Gununsesi.info