“Zəngəzur dəhlizinin açılması ilə Naxçıvanın blokadasına son qoyulacaq” - Hikmət Hacıyev

  • By admin
  • 06 May 2023 19:34

“Zəngəzur dəhlizinin açılması ilə Naxçıvanın blokadasına son qoyulacaq”.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter hesabında yazıb.

“Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi Naxçıvanda, doğulduğu yerdə iqamətgahı Bakıda və Ankarada yerləşən diplomatik korpusla birgə qeyd edilib. Zəngəzur dəhlizinin açılması ilə Naxçıvanın blokadasına son qoyulacaq və bütün region üçün yeni imkanlar yaranacaq”, – deyə Hikmət Hacıyev qeyd edib.

Gununsesi.info