TRIPP layihəsi (Zəngəzur dəhlizi) çərçivəsində tikinti işlərinə gələn ilin yazında başlanıla bilər.
Gununsesi.info xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.
Nazirin sözlərinə görə, elektrik enerjisinin tranzitinə dəmir yolu layihəsinin həyata keçirilməsindən daha əvvəl başlanılması mümkündür.
“Biz, ABŞ və maraqlı tərəflər hesab edirik ki, elektrik enerjisinin tranziti dəmir yolu layihəsinin reallaşdırılmasından əvvəl başlaya bilər. Çünki birincinin həyata keçirilməsi daha asandır”, – deyə Mirzoyan bildirib.












