
Ötən il Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidmətinə ekspertiza, analiz, əyarlanma və damğalanmaq üçün daxil olmuş qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarından 188,6 min manat dövlət rüsumu ödənilib.
Gununsesi.info bunu Maliyyə Nazirliyinin müvafiq Dövlət Xidmətinin 2017-ci ilə dair fəaliyyəti haqqında məlumata istinadən xəbər verir.
Məlumatda deyilir ki, sahibkarların müraciətləri əsasında zəruri cihaz və avadanlıqlarla təchiz edilmiş stasiyonar və mobil laboratoriyada ölkədə istehsal edilən və xaricdən gətirilərək ticarət şəbəkələrində satışa çıxarılan qiymətli metallar və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatları üzərində mütəmadi əyar nəzarətinin həyata keçirilməsi təmin edilib.
İndiyədək zərgərlik və digər məişət məmulatlarının dövlət əyar damğası üçün 1404 hüquqi və fiziki şəxslərə icazə haqqı verilib.
“Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü bəndinə əsasən, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən istehsal edilib, habelə respublika ərazisində satışa çıxarılan qiymətli metallardan və qiymətli daşlardan olan zərgərlik və digər məişət məmulatları Azərbaycan Respublikasının dövlət əyar damğası ilə damğalanması barədə və habelə “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanunununa edilmiş dəyişikliklərlə əlaqədar, Xidmət səlahiyyətləri daxilində “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri ilə bağlı mütəmadi olaraq qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi ilə məşğul olan sahibkarlıq fəaliyyəti subyeklərinə izahat məktubları göndərir.
Azərbaycan Prezidentinin 2015-ci il 20 oktyabr tarixli Fərmanından sonra Xidmət tərəfindən aparılan yoxlamalar dayandırılıb.
“Qiymətli metallar və qiymərli daşlar haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı verilmiş tapşırıqlar vaxtında yerinə yetirilib.
Vüsalə
Gununsesi.info











