Zərrabın vəkillərindən gözlənilməz addım

  • By admin
  • 22 Fevral 2018 21:20

 

ABŞ-da həbsdə olan tanınmış biznesmen Rza Zərrabın vəkilləri gözlənilməz qərar alıblar.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, iş adamının vəkilləri Şeyma Yıldırım və Aytən Yılmaz istefa veriblər.

Məlumat üçün bildirək ki, R.Zərrab Türkiyədə olduğu zamanlarda onu təhqir edənlərə qarşı məhkəməyə müraciət etmişdi. Məhkəmə proseslərində Zərrabın hüquq müdafiəçiləri Ş.Yıldırım və A.Yılmaz idi.

Qeyd edək ki, korrupsiya və rüşvətxorluqda ittiham edilən biznesmen iki ildir ABŞ-da həbsdədir.

Gununsesi.info