Zabit Səmədov idmandan gedəcək… -FOTOLAR

  • By admin
  • 18 Mart 2021 23:32

“Yarışlarım yaxınlaşır, bir-iki döyüşdə iştirak edib idmandan gedəcəm. 37 yaşım var, aktyorluq sahəsində fəaliyyətimi davam etdirmək istəyirəm, Jan-Klod Van Damm kimi… O, döyüşçü deyildi, amma filmləri gözəl idi. Mən də bu sahədə davam etmək istəyirəm”.

Gununsesi.info  xəbər verir ki, bu barədə idmançı Zabit Səmədov rol aldığı “Kuruluş Osman”ı ərsəyə gətirən “Bozdağ Film” şirkətinin youtub hesabında sualları cavablandırarkən bildirib.

HTML tutorial

O, serialın baş qəhrəmanı Burak Özçivitlə münasibətlərindən də söhbət açıb, çəkilişlərdən kənar tez-tez görüşdüyünü söyləyib:

“Serial heyəti ilə bir-birimizi yaxşı başa düşürük. Osman bəy rolunu canlandıran Burak Özçivitlə dostluq edirik. Bəzən çəkilişdən kənar da görüşürük. Hətta bir dəfə parkda mən, Burak Özçivit və Çağrı Şensoy gəzirdik. Bir nəfər bizə yaxınlaşıb dedi ki, real həyatda da ayrılmırsınız”.

 

Gununsesi.info