Zabuxa daha 25 ailə yola salındı – FOTO

  • By admin
  • 16 Noyabr 2023 07:44

Bu gün Laçın rayonunun Zabux kəndinə daha 25 ailə (94 nəfər) yola salınıb.

Gununsesi.info xəbər verir ki, Bakı və Abşeron rayonundan 20 ailə (71 nəfər) Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyindən, Tərtər, Bərdə, Qax və Lənkəran rayonlarında məskunlaşmış 5 ailə (23 nəfər) Zabux kəndinə yola salınıb.

Beləliklə bugünkü (16.11.2023) köç də nəzərə alınmaqla Laçın rayonunun Zabux kəndinə 46 ailə (188 nəfər) köçürülüb.

Gununsesi.info