Zahid Oruc bu dəfə  Cahangir Hacıyevi “vurdu”

  • By admin
  • 03 İyun 2016 11:35

cahang

 

“Bir ingilis və alman vəsatinin 70%-ni hava nəqliyyatına  və otelə xərcləyəcəksə, Azərbaycana gəlməyəcək”

 

 

“Bu gün Azərbaycanda iqtisadi və infrastruktur islahatları elə formada həyata keçirilməlidir ki, maliyyə axını Gürcüstan deyil, ölkədə qalsın bu da  ölkənin iqtisadi inkişafına yönəldilsin”.  Bu fikirləri Gununsesi.info-ya açıqlamasında millət vəkili Zahid Oruc son dövrlərdə Azərbaycandan  Gürcüstana  böyük maliyyə  axınının səbəblərini açıqlayarkən deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan vətəndaşları təkcə öz vəsaitlərini  sərmayə formasında qoymur, eyni zamanda  vətəndaşlarımız öz vəsaitlərini bu ölkədə xərcləyir.”Axı biz elə edə bilərik ki,  vətəndaşlarımızın bu vəsaitləri burada qalar və ölkənin iqtisadi inkişafına yönəldilər. Eyni zamanda bürokratik əngəlliklərin aradan qaldırılması nəticəsində həm xarici investisiya, həm də turustlər Azərbaycana gələr”, – deyə  millət vəkili vurğulayıb.

Zahid Oruc onu  deyib ki, bu gün faktiki olaraq Azərbaycanda hava nəqliyyatıı  daşımalarının qiyməti kifayət qədər yüksək olduğundan ölkəyə  turist axını baş vermir: “Əgər bir ingilis və alman vəsatinin 70%-ni hava nəqliyyatına  və otelə xərcləyəcəksə,  o zaman həmən şəxs  Azərbaycanı istirahət mərkəzi kimi seçməyəcək. Bu isə yüz milyonlarla dollar vəsaitin itirilməsi deməkdir. Mən parlamentin son plenar iclasında çıxışımda təsadüfən demədim ki, Azərbayacan vətəndaşının külli miqdarda vəsaiti Gürcüstana yönəlməkdədir. Halbuki, bizim resruslarımızla,  təbii zənginliyimizlə qonşu ölkəni müqayisə etmək mümkün deyil. Bu qətiyyən başqa məkanı aşağılamaq niyyəti ilə edilmir.Ancaq  Gürcüstan ildə 5-6 milyon arası turist  qəbul edir. Türkiyə və Azərbaycan vətəndaşlarının pulları ilə indi Gürcüstan qurulur.

Axı, Azərbaycan vətəndaşı niyə görə buradan öz avtomobili ilə gedib Gürcüstandan hava nəqliyyatıını niyə həyata keçirməlidir?. Nə  üçün bu pullar Azərbaycanın  infrastrukturunun təkmilləşdirilməsinə və xidmət sektorunda keyfiyyətin yüksəldilməsinə,orada çalışan insanları peşəkaralığının artırılmasına yönəldilməsin?. Nə üçün bu pullar kənara getməlidir.

Onsuzda səhiyyə  sferasında külli miqdarda  bizim vətəndaşların vəsaitləri xaricə, xüsusən də Gürcüstan axır”. Orucun fikrincə, bu baxımdan hava nəqliyyatı sektorunda ciddi islahatlarla ehtiyac var: “Hətta bu günlərdə maliyyə naziri Samir Şərifov da AZAl-la bağlı məsləyə aydınlıq gətirdi ki, ora ayrılan kreditlər dövlət zəmanətli olmasına baxmayaraq, həmən qurumun artıq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çalışır. Bilirsiz ki, orada da rəqəm 600 mln manata yaxındır. Cənab prezident bir dəfə söylədi ki, bütün təyyarə yenilənməsindən tutmuş, hava limanalrın tikilməsinədək bütün işlər dövlət tərəfindən həyata keçirilir. Belə olan halda işi elə təşkil etmək lazımdır ki, Azərbaycan beynəlxalq nəqliyyat sisteminin mərkəzinə çevrilsin. Bu yöndə işlər elə qurulmalıdır ki,  AZAL rentabelli işləyə bilsin.Bu yöndə hökumətdə müxtəlif təklif və proqramlar üzərində işləyirlər”,- deyə millət vəkili vurğulayıb.

Millət vəkili hesab edir ki, ona görə də  hökumət  tərəfindən  həyata keçirilən tədbirlər nəticəsində sahibkarlıq  fəaliyyəti daha da asanlaşısn: “Onların fəaliyyətinə müdaxilə sıfra ensin. Həmçinin investisiya mühiti  bir az da cəzibədar olsun.

Digər baxımdan Azərbayacan resurs imkanaları elə genişdir ki,  istənilən halda Gürcüstana olan axınları dayandırmaq və  o vəsaitləri indiki iqtisadi çətinliklər dövründə öz ölkəmizin inkişafına yönəldə bilərik. İnvestisiyanın ölkəyə cəlb olunması işsizliyin və digər amillərin aradan qaldırılması ilə yanaşı devalvasiyanın təsirlərini minumuma endirəcək. Bu da sonda iqtisadiyyatdakı durğunluğu aradan qaldıracaq.”

Millət vəkili onu da əlavə edib ki, ölkədəki dollarlaşma problemi də maliyyə vəsaitinin ökədən axınına səbəb olur:“Bildiyim qədər artq bu istiqamətdə hökumətdə və Mərkəzi Bankda müəyyən işlər gedir ki, maliyyənin xarici ölkələrə  və o cümlədən Gürcüstana axının qarşısını almaq mümkün olsun.”

zahid-oruc3

Turizm sektorunda yaranmış vəziyyət və bundan çıxış yollarını haqqında mövqeyini açıqlayan millət vəkili deyib ki, bunun üçün ilk olaraq viza sistemi sadələşdirilməli, ucuz otellər,  hostellərin tikintisinə üstünlük verilməli, bu sahədə xidmətin keyfiyyət  səviyyəsi yüksəldilməli, daha ucuz xidmətlərə üstünlük verilməlidir: “Xarici vətəndaşlar da internet üzərindən istirahət üçün yer arayanda Azərbaycanı seçsin.Bunun üçün kifayət qədər imkanlarımız var. Biz sovet məkanında olduğumuzdan, eyni zamnda digər qonşu ölkələrdən və Avropadan turist cəlb etmək potensiallarımız var. Bundan yararlanmaq lazımdır. Əgər biz Rusiyadan yüz minədək turisti Azərbaycana cəlb edə bilsək, o zaman Avropadan və digər ölkələrdən turistləri cəlb etmək rahat olacaq.”

Mürtəza