XƏBƏR LENTİ

19 Fevral 2018

26 May 2016 - 12:49

Zahid Oruc: “İlqar Məmmədov da azadlığa buraxıla bilər”

 

zahid-oruc3

“Xədicə İsmayılın, Tofiq Yaqublunun, İntiqam Əliyevin, Rauf Mirqədirovun azad olunması digər məhbusların azad olunmasına imkan yaradır”. Bu fikirləri gununsesi.info-ya açıqlamasında millət vəkili Zahid Oruc Xədicə İsmayılla bağlı son məhkəmə qərarını şərh edərkən deyib. Hökumətyönümlü deputat onu da əlavə edib ki, hazırda həbsdə olan REAL sədri İlqar Məmmədovun da azadlğa istisna deyil. Onun sözlərinə görə, ölkədə Amnistayia haqqında aktın qəbul olunması bir daha göstərir ki, Azərbaycan hökuməti insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində ciddi addımlar atmaqdadır: “O baxımdan İlqar Məmədovun işi ilə bağlı son məhkəmə instansiyasınnın olmamasını nəzərə alsaq, o zaman onun da nəzəri baxımdan azadlğa çıxmasını mümkün saymaq olar. Buna əsas verən digər məqam isə ondan ibarətdir ki, “İsmayıllı hadisələri” ilə bağlı həbs olunmuş Tofiq Yaqublunun azadlığa çıxması bir daha göstərir ki, məhkəmə orqanları belə bir xoş görünən qərarı İlqar Məmmədov barəsində də çıxara bilər.”

Mürtəza